AZ

Moskvadan ABŞ-a yaşıl işıq: “Biz dialoqa hazırıq”

Rusiyanın TASS xəbər agentliyinə danışan Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ ilə münasibətləri dəyərləndirib.

News24.az xəbər verir ki, o bildirib ki, Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampla görüşü ilə bağlı hələlik heç bir inkişaf yoxdur.

Ryabkov bildirib ki, "Biz təcili məsələlərlə bağlı Vaşinqtondan gələn siqnalları çox diqqətlə izləyirik. Bütün bu siqnallar vacibdir və diqqətimizdədir. Bununla belə, siyasi müstəvidə birbaşa dialoqun yenidən başlamasına ehtiyac var. Münasibətlərdə durğunluq hələ də davam edir".

Bu vəziyyətin onlar üçün uyğun olmadığını vurğulayan Ryabkov, "Ən aktual məsələlərdə dialoqa və məsləhətləşməyə hazırıq. Dialoq qarşılıqlı hörmət və maraqlarımızın nəzərə alınması əsasında başlamalıdır" deyib.

O, həmçinin qeyd edib ki, Vaşinqton Rusiyanın ABŞ-a təyin etdiyi səfirlə bağlı hələlik razılıq almayıb.

Günel Məlikzadə


Seçilən
14
news24.az

1Mənbələr