AZ

Məşhur aktrisa ağır xəstəliyə tutuldu – Qocalar evinə yerləşdirildi

Türk kinosunun unudulmaz simalarından biri olan Sevtap Parman haqqında üzücü xəbər gündəmə gəlib.

Medianews.az xəbər verir ki, Yeşilçam kinematoqrafiyasında 80-ci illərdə parlaq karyerası ilə tanınan aktrisanın Alzheimer xəstəliyinə tutulduğu məlum olub.

Türkiyə mediasının yaydığı məlumatlara görə, Sevtap Parman həyatında yaşadığı ağır psixoloji sarsıntılar, xüsusən də anasının vəfatından sonra dərin travmalarla üzləşib. Bu hadisələr onun sağlamlığını ciddi şəkildə təsirləndirib və nəticədə məşhur aktrisanın yaddaş itkisi ilə müşayiət olunan Alzheimer xəstəliyinə tutulduğu bildirilib.

Sevtap Parman karyerası boyunca Hakan Ural, İbrahim Tatlısəs, Kadir İnanır, Tarık Akan, Yalçın Dümer və Cüneyt Arkın kimi türk kinosunun nəhəng adları ilə bir çox filmdə rol alıb. Onun cəsur və fərqli rolları Yeşilçamın qızıl dövründə tamaşaçılar tərəfindən böyük maraqla izlənilib. Sevtap Parman 2011-ci ildə isə Parman kinematoqrafiya sahəsini tərk edərək ticarət sektoruna yönəldi və bu yeni istiqamətdə öz karyerasını qurmağa çalışdı. Lakin zamanla yaşadığı problemlər səbəbilə iş həyatından da uzaqlaşmalı oldu.

“Habertürk”ün jurnalisti Mehmet Çalışkanın verdiyi məlumata əsasən, hazırda Sevtap Parman bacısı tərəfindən qocalar evinə yerləşdirilib. Həkimlər aktrisaya Alzheimer diaqnozu qoyub.

Bu xəbər Yeşilçam sevərləri və Sevtap Parman pərəstişkarları tərəfindən dərin kədər hissi ilə qarşılanıb. Sosial şəbəkələrdə çox sayda insan aktrisaya dəstək mesajları göndərərək onun sağlamlığına qovuşması üçün dua etdiklərini bildiriblər.

Medianews.az

Məşhur aktrisa ağır xəstəliyə tutuldu - Qocalar evinə yerləşdirildi

Məşhur aktrisa ağır xəstəliyə tutuldu - Qocalar evinə yerləşdirildi

Məşhur aktrisa ağır xəstəliyə tutuldu - Qocalar evinə yerləşdirildi

Məşhur aktrisa ağır xəstəliyə tutuldu - Qocalar evinə yerləşdirildi

80'li yıllara damga vurmuştu! Yeşilçam'ın ünlü oyuncusu Sevtap Parman'dan üzen haber - 4. Resim

80'li yıllara damga vurmuştu! Yeşilçam'ın ünlü oyuncusu Sevtap Parman'dan üzen haber - 3. Resim

 

Seçilən
32
medianews.az

1Mənbələr