AZ

İsrail səfiri: Rusiya Qəzzada atəşkəsin davamlı həllə gətirib çıxaracağına ümid edir

Rusiya Qəzza zolağında müvəqqəti atəşkəsin tərəflər arasında davamlı sülh razılaşmasına gətirib çıxaracağına ümid edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiyanın Təl-Əvivdəki səfiri Anatoli Viktorov TASS-a bildirib.

“Ümid edirik ki, bu müvəqqəti atəşkəs daha dayanıqlı sülh yolu ilə həllə gətirib çıxaracaq və yaranmış münaqişə vəziyyətinin köklü səbəblərini həll etmək üçün lazımi şərait yaradacaq”, - deyə o qeyd edib.

“Tərəflərin öhdəliklərini tam yerinə yetirməsini və bütün humanitar yardım planlarının həyata keçirilməsini gözləyirik”, - deyə diplomat əlavə edib.

O xatırladıb ki, Moskva “Qəzzada atəşkəs və humanitar problemlərin həlli ilə bağlı İsrail nümayəndələri ilə radikal Fələstinin HƏMAS hərəkatı arasında əldə olunan razılaşmanı alqışlayır”.

Seçilən
16
operativmm.az

1Mənbələr