AZ

İspaniyada silah-sursat fabrikində güclü partlayış - Yaralananlar var

İspaniyanın Mursiya şəhərində yerləşən Rheinmetall Expal Munitions sursat fabrikində güclü partlayış baş verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ölkənin Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə nəticəsində 6 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Partlayış 2000 kvadratmetr sahədə güclü yanğına səbəb olub.
 
Partlayışın səbəbi hələlik məlum deyil və hadisə ilə bağlı araşdırmalara başlanılıb.
 
İspaniya mətbuatının yazdığına görə, ötən il fabrikdə qəzalar olub, iki işçi solventin yanması nəticəsində ağır yanıqlar alıb.

Qeyd edək ki, Rheinmetall fabriki Avropanın ən böyük silah istehsalçılarından biridir.

Mikayıl
Seçilən
22
azxeber.com

1Mənbələr