AZ

Yaralı və xəstə fələstinlilərin ilk qrupu Misirə təxliyə ediləcək

Yaralı və xəstə fələstinlilərin ilk qrupu Misirə təxliyə ediləcək

Yaralı və xəstə qəzzalıların ilk qrupu Rəfah keçidi vasitəsilə fevralın 1-də Misirə aparılacaq. AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.Departamentin Telegram kanalında yayımladığı bəyanatda deyilir: "Birinci qrup yaralı və xəstə şənbə günü, fevralın 1-də Qəzzadan Rəfah keçidi vasitəsilə təxliyə ediləcək".Qeyd edək ki, Rəfah keçid qapısı 2024-cü ilin mayından faktiki olaraq fəaliyyətini dayandırmışdı.

Seçilən
49
1
afn.az

2Mənbələr