AZ

YAP Sabirabad rayon təşkilatının qərargahında “2 Fevral Gənclər Günü” ilə əlaqədar tədbir keçirilib

Bu gün YAP Sabirabad rayon təşkilatının qərargahında “2 Fevral Gənclər Günü” ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov bildirdi ki, bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi Lider Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Odur ki, Ümummilli liderimiz Heydər Əliyev 1994-cü ilin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyini yaratdı və gəncləri bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətimizin Gənclər Forumu keçirildi və daha sonra Ulu öndər Heydər Əliyevin  imzaladığı sərəncamla fevralın 2-si Azərbaycan gəncləri günü elan edildi. Gənclərə, gələcək nəslə çox böyük fikir verən, onların problemlərini hər zaman diqqət  mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm addımlar atılır. 2007-ci ilin «Gənclər ili» elan edilməsi, «Azərbaycan Gəncliyi Dövlət Proqramı»nın təsdiqi, Gənclər Fondunun yaradılması, gənclər, onların sosial müdafiəsi ilə bağlı müxtəlif sərəncamların verilməsi  həmin işlərin bir hissəsidir. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətini uğurla davam etdirir. Məhz Azərbaycan gəncliyinin sayəsində Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi.

Tədbirin davamında “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda videoçarx nümayiş olundu.

Daha sonra “2 Fevral Gənclər Günü” ilə əlaqədar olaraq bir qrup gənc partiya fəalı YAP Sabirabad rayon təşkilatının həyata keçirdiyi tədbirlərdə fəal iştirakına görə fəxri fərman və təşəkkürnamələrlə təltif edilib.

Sonda xatirə şəkili çəkdirilib.

Seçilən
19
50
yeniazerbaycan.com

10Mənbələr