AZ

"Baku Harmony" iqlim təşəbbüsünün nəticələrinin COP30-da təqdim olunması planlaşdırılır

Bakı.Trend:

Fermerlər üçün “Baku Harmony” iqlim təşəbbüsünün nəticələrininBraziliyada COP30 konfransında təqdim olunacağı planlaşdırılır.

Trend xəbərverir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit vəİnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı Bakıda BMT vəAzərbaycan arasında dayanıqlı inkişaf məsələləri üzrə əməkdaşlıq(2026-2030) haqqında Çərçivə sənədi çərçivəsində “Yüksək səviyyəlistrateji prioritetləşdirmə” mövzusunda keçirilən tədbirdə çıxışındabildirib.

“COP29-da fermerlər üçün təşəbbüsün işə salınması rəsmi olaraqelan edilib və bu çox uğurlu bir təşəbbüsdür. Hal-hazırda bizharmoniya hədəflərinə çatmaq üçün bütün ölçüləri gerçəkləşdirməyəçalışırıq. Və biz nəticələri COP30-da təqdim etməyiplanlaşdırırıq”, -deyə o bildirib.

Seçilən
38
az.trend.az

1Mənbələr