Ukrayna ordusu Rusiyanın Volqoqrad vilayətində neft emalı zavoduna hücum təşkil edib.
Ukrayna Baş Qərargahının yaydığı açıqlamada pilotsuz uçuş aparatları (PUA) ilə gecə saatlarında Rusiyanın Volqoqrad vilayətində "Lukoil" neft istehsalı şirkətinə məxsus emal zavoduna hücum etdiyi bildirilib. Açıqlamada "Lukoil"in Rusiyadakı ən böyük 10 neft emalı zavodundan biri olduğu və bu obyektin Rusiya ordusuna yanacaq tədarükü üçün istifadə edildiyi qeyd olunub.
Bundan əlavə, açıqlamada belə deyilib: "Hücum nəticəsində zavodun yerləşdiyi ərazidə partlayışlar qeydə alınıb. Hücumun nəticələri dəqiqləşdirilir. Rusiya Silahlı Qüvvələrinin Ukraynaya qarşı hücumlarını davam etdirmək qabiliyyətinə birbaşa təsir edən strateji infrastruktur obyektlərinə qarşı əməliyyatlar davam edir."