Günəşin aktivliyi 2025-ci ildə maksimum həddə çata bilər.
AzEdu.az xəbər verir ki, bu barədə “Mira News” xəbər portalında məlumat paylaşılıb. Məlumatda alimlərin bu proses barəsində narahatlığı qeyd olunub.
Son zamanlar mütəxəssislər çoxlu sayda maqnit qasırğası qeydə alıblar. Planetdə ən məşhur maqnit qasırğası 1859-cu ildə baş verən “Karrinqton” hadisəsi idi. O zaman şimal işıqları planetin bütün ərazilərində, o cümlədən ekvatorda görünürdü. Bu hadisə atmosferə daxil olduqda onun maqnit sahəsi ilə qarşılıqlı əlaqədə olan günəş yüklü hissəciklərin emissiyası səbəbindən baş verir.
Alimlərin fikrincə, hazırda Yer Günəş aktivliyinin 11 illik pik həddindədir. Mütəxəssislər 25-ci tsiklin pik nöqtəsinin 2025-ci ildə olacağını proqnozlaşdırırlar.