AZ

Avropada Rusiyadan qaz nəqlinin bərpası müzakirələri başladı– iki ölkə Ukraynayönlülərlə üz-üzə gəldi...

Image

Avropa İttifaqı rəsmiləri Ukraynadakı münaqişənin həllilə bağlı mümkün sazişin bir hissəsi kimi Rusiyadan qaz tədarükünün bərpasını müzakirə etməyə başlayıblar. 

“Financial Times” məlumatlı mənbələrə istinadən yazır ki, təşəbbüsün tərəfdarları iddia edirlər ki, belə bir addım Avropada yüksək enerji qiymətlərini aşağı sala, Moskvanı danışıqlara sövq edə və hər iki tərəfə atəşkəsə əməl etməyə əsas verə bilər.

Qeyd edir ki, hətta ilkin mərhələdə bu məsələ Avropa İttifaqı daxilində Ukraynayönlü ölkələrin sərt reaksiyasına səbəb olub. Qəzetin üç mənbəsinin məlumatına görə, Almaniya və Macarıstandan bəzi rəsmilər təşəbbüsü açıq dəstəkləyir.

Digər tərəfdən, hesab edilir ki, belə bir addım Brüssel rəsmilərinin, Şərqi Avropa ölkələrinin diplomatlarının və ABŞ-ın mayeləşdirilmiş təbii qaz (LNG) ixracatçılarının narazılığına səbəb olub.

TAHİR





Seçilən
19
baki-xeber.com

1Mənbələr