![Image](https://baki-xeber.com/uploads/posts/2025-01/gulf-of-finland.webp)
Rusiyada Fin körfəzinin adının dəyişdirilməsi təklif edilib. Yanvarın 30-da Rusiya Hərbi Tarix Cəmiyyətinin elmi rəhbəri Mixail Myaqkov bildirib ki, buxtanın indiki adı 18-ci əsrdən bəri istifadə olunur.
Myaqkov Finlandiya və İsveçdə “rusofobiyanın yüksək səviyyədə olduğunu” əsas gətirərək, Rusiyanın Baltik dənizinin şərq hissəsindəki körfəzin adını dəyişmək hüququna malik olduğunu iddia edib.
Bu təklifin bəziləri üçün “çox şokedici” görünə biləcəyini etiraf edən Myaqkov, körfəzin adının dəyişdirilməsinin “tarixi ədalətli” olacağını təkid edib.
“Niyə biz hələ də onu Fin körfəzi adlandırırıq? Halbuki körfəz sahilindəki ən böyük şəhər Sankt-Peterburqdur. Bu yer tarix boyu ruslar tərəfindən istifadə edilib. Buna görə də, ən məntiqli ad “St.Peterburq körfəzi" və ya "St.Peterburqun körfəzi” olmalıdır” – deyə Myaqkov bildirib.
TAHİR