AZ

Suraxanıda Gənclər Günü qeyd olundu - Fotolar

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Suraxanı rayonundan Milli Məclisə seçilmiş deputatlar Afət Həsənova, Sevinc Fətəliyeva, Qaya Məmmədov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, rayonun ümumtəhsil müəssisisələrinin rəhbərləri, rayon gəncləri iştirak ediblər.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək müstəqil Azərbaycan gənclərini bu əlamətdar gün münasibətilə təbrik edib, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb.

O qeyd edib ki, Azərbaycanda gənclərlə bağlı dövlət siyasəti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1996-cı il fevralın 2-də ilk dəfə dövlətimizdə Gənclər Forumunun keçirilməsi və daha sonra Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamla fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi bunun bariz nümunəsidir.

RİH başçısı qeyd edib ki, Azərbaycan gəncliyinin inkişafına tarixi bir töhfə verən dövlət gənclər siyasəti bu gün də uğurla davam etdirilir. Daim Azərbaycan gənclərini dəstəkləyən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın gənclərin fəaliyyətinə yüksək diqqət göstərməsi hər bir gənci ruhlandırır. Torpaqlarımızın azadlığı uğrunda döyüşən, 30 illik erməni işğalına son qoyan igidlərimizin Azərbaycanın müstəqilliyi dövründə yetişən, formalaşan gənclik olduğunu diqqətə çatdıran Adil Əliyev Prezident, Müzəffər Ali Baş Komandan, İlham Əliyevin rəhbərliyi altında xalqımızın qələbə qazandığını və artıq qalib xalq olaraq ərazi bütövlüyümüzü tam təmin etdiyimizi bildirib.

Rayonun fəal gəncləri Anar Qurbanlı və Aliyə Qurbanova çıxış edərək Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğısından bəhs edib, gənclərin ölkə başçımızın ətrafında sıx birləşdiklərini, ölkədə həyata keçirilən daxili və xarici siyasəti birmənalı şəkildə dəstəklədiklərini diqqətə çatdırıblar.

Sonra bir qrup gənc 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə rayonun ictimai həyatında fəal iştirakına və əldə etdiyi nailiyyətlərə görə Rayon İcra hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif ediliblər.

Tədbir Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət “Xarı Bülbül” Muğam qrupunun təqdimatında bədii hissə ilə davam edib.









Seçilən
43
2
qafqazinfo.az

2Mənbələr