AZ

Azərbaycan şirkəti salfet istehsalı üçün 0,5 milyon manat güzəştli kredit aldı

"Ləzzət Qida Sənaye" MMC Sahibkarlığın İnkişafı Fondundan 500 min manat güzəştli kredit əldə edib.

Bu barədə Marja.az Fonda istinadən xəbər verir.

Güzəştli kredit salfet istehsalının inkişafı layihəsi üzrə ayrılıb.

Layihənin maliyyələşdirilməsi “Azərbaycan Beynəlxalq Bankı” ASC vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, 1995-ci ildə əsası qoyulmuş "Ləzzət Qida Sənaye" Məhdud Məsuliyyətli Cəmiyyət iki əsas istiqamətdə - gündəlik tələbat mallarının topdan satışı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərir. Naxçıvan şəhərində yerləşən "Ləzzət Qida Sənaye" MMC çərəzlər, çay, dənli məhsullar, limonad, lokum, makaron, qənd, un, popcorn və qarğıdalı çubuqları istehsal edir. 

Ləzzət Qida Sənaye
Seçilən
10
marja.az

1Mənbələr