AZ

Birinci texniki dərəcəli avtomobil yollarının uzunluğu açıqlanıb

Bakı. Trend:

2004-cü ildə I texniki dərəcəli avtomobil yollarının ümumiuzunluğu 187 kilometr təşkil edirdi. Yol təsərrüfatının inkişafıilə bağlı qəbul edilmiş proqramlar çərçivəsində aparılan uğurluislahatlar nəticəsində, işğaldan azad edilmiş ərazilərdə tikintisibaşa çatmış avtomobil yolları da nəzərə alınmaqla I texnikidərəcəli avtomobil yollarının uzunluğu 12 dəfəyədək artıb.

Trend xəbərverir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumatyayıb.

Bildirilib ki, hazırda I texniki dərəcəli avtomobil yollarınınümumi uzunluğu 2189 km təşkil edir.

"Ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin birhissəsini təşkil edən Şimal-Cənub və Şərq-Qərb (İpək yolu)magistral avtomobil yolları birinci texniki səviyyədə yenidənqurulub, yol üzərində tikilmiş müxtəlif səviyyəli qovşaqlarhesabına nəqliyyat vasitələrinin təhlükəsiz və sürətli hərəkətitəmin edilib və bütün dəhlizlər vasitəsilə 2024-cü il ərzində 7milyon tondan çox yük daşınıb",- məlumatda qeyd edilib.

Seçilən
22
10
az.trend.az

10Mənbələr