Paytaxtın Nizami küçəsində (“İSR Plaza”nın qarşısında) dayanma-durma qaydasını pozan sürücü görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına videomaterial göndərib. Belə ki, 77-FZ-703 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini piyada keçidinin üzərində park edib. Nəticədə o, piyadaların keçiddən keçməsinə əngəl törədib. Kadrda, qayda pozan sürücünün sükan arxasında olduğu aydın şəkildə əks olunub. Hadisə şahidinin sözlərinə hörə, başı telefona qarışan sürücü uzun müddət keçidi zəbt edib.
Nərmin