AZ

Ağdam rayon Heydər Əliyev Mərkəzində “2 Fevral Gənclər Günü” ilə əlaqədar tədbir keçirilib

Ağdam rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı,  Ağdam Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağdam rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə "Gəncliyimiz gələcəyimizdir" adlı tədbir keçirilmişdir.

Tədbirin açılışında Ümummilli lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam rayon İcra Hakimiyyəti başçının müavini Xəqani Nəzərov və Qarabağ Regional Gənclər və İdman idarəsinin Ağdam rayonu üzrə gənclər və idman sektorunun müdiri Anar Əsgərov çıxış edərək dövlət gənclər siyasətindən, bu sahəyə olan dövlət qayğısından danışmış, cəmiyyətdə gənclərin mühüm rolunu diqqətə çatdırmış, gəncləri əlamətdar gün münasibətilə təbrik etmişlər.

Sonra rayonda dövlət gənclər siyasətinin həyata keçirilməsində fəallıq göstərən bir qrup fəal gənc Qarabağ Regional Gənclər və İdman İdarəsinin fəxri diplomları ilə həmçinin gənclər və idman sektorunun müdiri, YAP Ağdam rayon təşkilatının sədri tərəfindən Fəxri Fərmanla təltif edilib.

Seçilən
31
yeniazerbaycan.com

1Mənbələr