ABŞ-ın özəl hərbi şirkəti Qəzzada nəzarət-buraxılış məntəqəsinin idarə olunmasında iştirak etmək üçün 100 keçmiş Amerika əsgərini işə götürüb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Bildirilib ki, baş ofisi Şimali Karolinada yerləşən “UG Solutions” adlı şirkət götürdüyü işçilərə 10.000 dollar avans və 1100 dollardan başlayan gündəlik əmək haqqı təklif edib.
Şirkətin sözçüsü bəzi əsgərlərin artıq Qəzzada olduğunu bildirib. Şirkət tərəfindən işə götürülənlər logistika və planlaşdırma ilə məşğul olan, ABŞ-da yerləşən “Safe Reach Solutions” ilə işləyəcəklər.