AZ

Vaşinqtonda qəzaya uğrayan helikopteri qadın idarə edib

Vaşinqton səmasında American Airlines Bombardier CRJ700 sərnişin təyyarəsi ilə toqquşan Black Hauk hərbi helikopterini 500 saatlıq uçuş müddətli qadın pilot idarə edib. 

News24.az xəbər verir ki, bu barədə ABC telekanalı keçmiş hərbi pilot Conatan Koziola istinadən məlumat yayıb.

Bundan əvvəl jurnalistlər hərbi helikopterin ekipajının çox təcrübəli olduğunu, minlərlə uçuş saatı olduğunu və Potomak çayı üzərində uçuş sxemindən yaxşı xəbərdar olduğunu vurğulamışdılar. Həmin gün rotorlu gəmi çay üzərində planlaşdırılmış gecə uçuşu həyata keçirirdi.

Helikopterin göyərtəsində üç hərbçi olub. Təlimatçı, pilot və bort mühəndisi. Conatan Koziola telekanala izahat verib ki, təlimatçının 1000 saatdan çox, pilotun 500 saatdan çox, bort mühəndisinin isə “bir neçə yüz saatlıq uçuş təcrübəsi” var.

Bir müddət əvvəl Amerika KİV-i mütəxəssislərin qəzaya uğradığı ərazidə American Airlines sərnişin təyyarəsinin qara qutularını aşkar etdiklərini bildirmişdi . Uçuş qeydləri müayinə üçün Milli Nəqliyyat Şurasına göndərilib.

ABŞ prezidenti Donald Tramp bildirib ki, ekspertlər Vaşinqtonda sərnişin təyyarəsi ilə helikopterin toqquşmasının hələ məlum olmayan səbəblərini müəyyən edəcəklər. Siyasətçi fəlakətin səbəblərinin müəyyən ediləcəyinə inandırıb və həmçinin "belə bir şeyin bir daha təkrarlanmaması" üçün hər şeyi edəcəyinə söz verib.

Yanvarın 30-na keçən gecə Ronald Reyqan Vaşinqton Beynəlxalq Hava Limanı ərazisində Bombardier CRJ700 sərnişin təyyarəsi eniş üçün yaxınlaşarkən Sikorsky H-60 (Black Hawk) hərbi helikopteri ilə toqquşub. Təyyarənin göyərtəsində olan altmış sərnişin və dörd ekipaj üzvünün hamısı həlak olub.

Ağa Dadaşzadə


Seçilən
25
news24.az

1Mənbələr