Bakı. Trend:
Ötən il nəqliyyat sektorunun bir sıra istiqaməti üzrə rekordgöstəricilərə nail ola bilmişik ki, bu da genişmiqyaslı işlərinməntiqi nəticəsi idi.
Bunu Trend-əmüsahibəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA)İdarə Heyətinin sədri Anar Rzayev deyib.
Sədr qeyd edib ki, təkcə onu qeyd etmək kifayətdir ki,avtobuslardan istifadə edənlərin sayının artması nəticəsində2024-cü ildə Bakıda 476 milyon sərnişin daşınıb, bu da 2023-cü illəmüqayisədə 28 milyon nəfər çoxdur.
"Ümumilikdə, ötən il paytaxt və şəhərətrafı qəsəbələrdə sərnişindaşınması 9% artaraq 518 milyon nəfər, “BakuBus” avtobusları üzrəisə həmin göstəricidə artım 20% və ya 148 milyon nəfər təşkiledib.
Bu, bir çox amil, o cümlədən ictimai nəqliyyat sistemininoptimallaşdırılması, paytaxt küçələrində xüsusi hərəkətzolaqlarının yaradılması, ardıcıl genişləndirilməsi vəəlaqələndirilməsi nəticəsində mümkün olub. Mütəxəssislərimizinapardığı monitorinqlər göstərir ki, bu zolaqlar üzrə avtobuslarınorta sürəti 18 km/saatdan 22 km/saatadək artıb, bəzi küçələrdəhərəkət vaxtı 12, bəzilərində isə 22 dəqiqə azalıb. Yəni, əksərmarşrutlarda intervalı xeyli qısaltmaq mümkün olub (buna görəəvvəllər bizə çoxlu şikayət daxil olurdu), sərnişinlərin sayı isəxeyli artıb. Bütün bu statistikanın arxasında çox mühüm bir amildayanır – sərnişinlərin ictimai nəqliyyata etibarının artması", -deyə sədr qeyd edib.