AZ

"Türk axını" ilə qaz tədarükü tarixi zirvəyə çatır - "Reuters"

"Qazprom"un "Türk axını" qaz kəməri ilə nəqli gündəlik 50 milyon kubmetri keçib. 

Valyuta.az bu barədə "Reuters"ə istinadən xəbər verir. 

Agentliyin orta gündəlik ixrac məlumatlarına əsaslanan hesablamalarına görə, bu, tarixi maksimumdur.

"2025-ci ilin yanvarında qaz tranziti 2024-cü ilin yanvar ayı ilə müqayisədə sutkada 39,9 milyon kubmetrdən 26,8 faiz artıb", deyə "Reuters" Avropa Qaz Nəqliyyat Sistemləri Şəbəkəsinin (ENTSOG) məlumatlarına istinadən yazır. Əvvəlki ayla müqayisədə tədarükün həcmi 2% artaraq sutkada 49,6 milyon kubmetr təşkil edib. Agentlik yazır ki, ümumilikdə, 2025-ci ilin yanvarında “Qazprom”un “Türk axını” ilə Avropaya ixracı, ilkin hesablamalara görə, 1,24 milyard kubmetrə qarşı təqribən 1,57 milyard kubmetr təşkil edib.

Ukrayna ərazisindən xammalın tranzitinin dayandırılması və qaz kəmərlərində təxribatdan sonra “Şimal axını” ilə qaz nəqlinin dayandırılması fonunda tədarükün həcmi rekord həddə çatıb. Rusiyanın Avropaya yalnız bir tədarük yolu qalıb. Türkiyə ərazisindən keçən qaz kəmərinin gücü 15,75 milyard kubmetrə çatır. 

Paşa Məmmədli
 

Seçilən
22
valyuta.az

1Mənbələr