AZ

Oğlunun məzarını ziyarət edən ana ÖLDÜ

Mardinin Nusaybin rayonunda oğlunun məzarını ziyarət edən 62 yaşlı Azime Yıldız dünyasını dəyişib. 

News24.az xəbər verir ki, ilkin araşdırmalara görə, Yıldızın infarkt keçirdiyi bildirilib.

Hadisə ötən gün saat 18:00 radələrində Nusaybin Yenişehir Məhəlləsindəki Moris qəbiristanlığında baş verib. Azime Yıldız oğlunun məzarını ziyarət edərkən özünü pis hiss edərək yerə yıxılıb.

Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. 

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Məryəm İlhamqızı

Seçilən
25
news24.az

1Mənbələr