AZ

Avtobus zolaqlarına daxil olan digər hərəkət iştirakçılarının sayı minimuma enib - AYNA sədri

Bakı. Trend:

Tədricən anlayış formalaşır ki, yoldakı vəziyyətə nəzarətetmədən, parklanma yerlərini axtarmadan və şəxsi avtomobilsürücülərinin üzləşdiyi digər problemlərdən narahat olmadanavtobuslarla təyinat yerinə daha tez və rahat çatmaq olar.

Bunu Trend-əmüsahibəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA)İdarə Heyətinin sədri Anar Rzayev deyib.

Sədr vurğulayıb ki, son zamanlar hətta avtomobil ilə səyahətinböyük həvəskarları da xüsusilə qısa və orta məsafələrə gediş üçünavtobusdan tez-tez istifadə etməyə başlayıblar.

"Biz sözdə deyil, əməldə vətəndaş məmnunluğuna nail olabilmişik. Qanunvericiliyin təkmilləşdirilməsi də avtobuszolaqlarının səmərəliliyinin artırılmasında mühüm rol oynayıb ki,bu da həmin zolaqlara daxil olan digər hərəkət iştirakçılarınınsayını praktiki olaraq minimuma endirib", - deyə A. Rzayev qeydedib.

Məqalədə:
Seçilən
39
1
az.trend.az

2Mənbələr