Bakı. Trend:
2024-cü ildə Dövlət Vergi Xidmətinə inzibati şikayətlər üzrəümumilikdə 9.687 müraciət daxil olub ki, bu da əvvəlki illəmüqayisədə 35,9% azdır.
DVX-dən Trend-ə verilən məlumata görə, mübahisələndirilənməsələlərlə bağlı daxil olan ilk müraciətlərin (faktikimüraciətlər) sayı 2023-cü ilə nisbətən 34,3% azalaraq 7.153 təşkiledib.
Bildirilib ki, faktiki müraciətlərin 94%-dən çoxu kameral vergiyoxlamaları, qalanları isə səyyar vergi yoxlamaları, operativ verginəzarəti və digər kateqoriyalı şikayətlərlə bağlı olub.
Məlumata əsasən, kameral vergi yoxlamaları üzrə daxil olmuşfaktiki müraciətlərin böyük hissəsi məcburi sosial sığorta, icbaritibbi sığorta və işsizlikdən sığorta, mənfəət (gəlir) vergisibəyannaməsində təsdiqini tapmayan xərclərə əsasən aparılanhesablamalar, təqdim olunan e-qaiməyə əsasən hesablamalar,mikrosahibkarlıq subyektlərinə verilmiş güzəştlər, bank hesabınadaxil olmuş vəsaitə görə aparılan hesablamaları əhatə edib.
Qeyd olunub ki, daxil olan şikayətlərin sayında azalmanınbaşlıca səbəbləri kameral vergi yoxlamaları ilə aşkar edilənkənarlaşmalar üzrə hesablamaların dəqiqləşdirilməsi, eyni zamanda,vergi ödəyicilərinin qanunvericiliyin tələbləri ilə bağlı mütəmadiolaraq məlumatlandırılmasıdır.