AZ

Rusiyanın ixracı azalıb: İdxalı artıb

Rusiyada 2024-cü ilin dördüncü rübündə ölkənin mal ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7 % azalaraq 99,6 milyard dollara düşüb.

Əvvəlki rübdə ixracatda dəyişiklik olmayıb. 

"Cebheinfo.az" bu barədə Rusiya Mərkəzi Bankının (MB) qiymətləndirmələrinə əsasən xəbər verir.

İxracın azalması və idxalın 5 % artması səbəbindən cari əməliyyatlar hesabının müsbət saldosu dördüncü rübdə 5 milyard dollara qədər daralıb. 2023-cü ilin eyni dövründə bu rəqəm 11 milyard dollar səviyyəsində idi.

2024-cü ilə qədər cari hesabın profisiti 54 milyard dollara yüksəldi (2023-cü ildəki 50 milyard dollardan). Rusiyanın ümumi mal ixracı 2% azalaraq 417,2 milyard dollara çatıb.

Seçilən
29
cebheinfo.az

1Mənbələr