Budapeşt, 31 yanvar, AZƏRTAC
Dünya siyasətində yeni küləklər əsməyə başlayıb: hərb, miqrasiya tərəfdarları və gender yönümlü liberal əsas qüvvələr geri çəkilir, irəli vətənpərvərlər keçirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto “Meta” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
“Hazırda biz Avropa Parlamentində say baxımından üçüncü böyük qrupuq, bütün təzyiqlərə və məyusedici intriqalara baxmayaraq güc toplayırıq”, - deyə o qeyd edib.
“Biz çalışırıq ki, Avropa İttifaqı Brüsseldə despotik fövqəldövlət deyil, güclü, suveren dövlətlərin birliyi olsun”, - deyə nazir əlavə edib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt