Latviyanın dövlət borcu 2024-cü ildə ÜDM-in 47,7%-nə yüksəlib.
Latviyanın dövlət borcu 2024-cü ilin sonunda 1,5 milyard avro artaraq 19 milyard avro təşkil edib.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin icmal büdcəsində məlumat verilib.
Məlumatda qeyd olunub ki, 2024-cü ildə büdcə kəsiri 849,6 milyon avro və ya ümumi daxili məhsulun 2,1%-ni təşkil edib.
Qeyd edək ki, 2023-cü ilin sonunda dövlət borcu ÜDM-in 43,1%-ni təşkil edib.