AZ

Prezidentin təltif etdiyi Fatimə İsrafilova kimdir?

Prezident İlham Əliyevin Sərəncamı ilə İsrafilova Fatimə Seymur qızına Prezident mükafatı verilib.

Bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə təltif olunan gənclərimizin sırasında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yetirməsi olan kamança ifaçısı, görmə məhdudiyyətli ikinci dərəcə əlilliyi olan şəxs İsrafilova Fatimə Seymur qızı da var.

Operativ Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Məlumata görə, hazırda Mərkəzin Musiqi yaradıcılığı departamentində təlimçi vəzifəsində çalışan F.İsrafilova Əlilliyi olan Şəxslərin IX Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsinin qaliblərindəndir.

Gənc istedadımız Almaniya, Türkiyə, İsrail və digər ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə də birincilik qazanıb.

Seçilən
24
10
operativmedia.az

10Mənbələr