Mərkəz Binəqədi rayonu 335 nömrəli tam orta məktəbin nəzdində fəaliyyət göstərəcək.
Binəqədi rayonu 335 nömrəli tam orta məktəbin nəzdində Binəqədi STEAM Mərkəzi fəaliyyətə başlayır.
Operativ Media xəbər verir ki, bu barədə "STEAM Azərbaycan" məlumat yayıb.
Bildirilib ki, ölkə üzrə STEAM Mərkəzlərinin sayı artmaqda davam edir. Burada məqsəd məktəblilərin elm və texnologiya sahəsində biliklərini artırmaq, innovativ layihələrdə iştirakını təmin etmək, müxtəlif modullar üzrə təlimlərdə iştirak edərək praktiki bacarıqlar qazanmasına və yaradıcı tədqiqat bacarıqlarını inkişaf etdirməsinə dəstək olmaqdır.