Yumurtanın faydaları illərdir mütəxəssislər tərəfindən araşdırılır. Yumurta üzərində aparılan son araşdırma yaddaşı gücləndirdiyini və Alzheimer xəstəliyi riskini aradan qaldırdığını üzə çıxarıb.
Publika.az xəbər verir ki, gündə 1 yumurta yemək sağlam həyat tərzinə doğru mühüm addımdır. Yumurta yüksək keyfiyyətli protein, vitaminlər, minerallar və antioksidantlardan ibarətdir.
Alzheimer xəstəliyi ilə yumurta istehlakı arasındakı əlaqəni Medipol Mega Universiteti Xəstəxanasından nevrologiya mütəxəssisi Lütfü Hanoğlu qiymətləndirib.
O bildirib ki, son illərdə aparılan elmi araşdırmalar yumurta istehlakının təkcə bədən sağlamlığında deyil, həm də zehni funksiyalarda mühüm rol oynaya biləcəyini ortaya qoyub: