AZ

Sosial media asılılığı depressiyaya səbəb olur? – PSİXOLOQDAN ƏHALİYƏ TÖVSİYYƏ

Sosial medianın insanların psixoloji vəziyyətinə və özünə inamına təsiri günümüzdə daha da önəmli bir mövzuya çevrilib. Hər gün milyonlarla insan sosial şəbəkələrdə vaxt keçirir və bu platformalar bəzən həyatımızın əhəmiyyətli bir hissəsinə çevrilir.

Lakin bu qədər sıx əlaqə və qarşılıqlı təsir insanların psixoloji vəziyyətinə necə təsir edir? Sosial media vasitəsilə özünə inamı artırmaq mümkün olduğu halda, bunun əksinə olaraq, nə qədər mənfi nəticələr də ortaya çıxır? Sosial medianın psixoloji sağlamlıq üzərindəki uzunmüddətli təsirlərinin nə olacağı barədə nə düşünürsünüz?

Mövzu ilə bağlı psixoloq Aygül Məlikova Avtosfer.az-a açıqlamasında bildirib ki, sosial medianın insanların psixoloji vəziyyətinə və düşüncə tərzinə təsiri əsasən onların hadisələri necə dəyərləndirmələrindən asılıdır:

"Bir qisim insanlar sosial mediada gördüklərini öz həyatlarında tətbiq etmək istəyirlər, digərləri isə sadəcə olaraq izlədikləri görüntülərdən nəticələr çıxarırlar", – deyə psixoloq qeyd edib.

Aygül Məlikova əlavə edib ki, sosial mediadan daha çox istifadə etdikcə insanların düşüncə tərzi və hadisələri dəyərləndirmə şəkilləri mənfiyə doğru dəyişir. Bunun əsas səbəbi isə ekranların insanların arxa beynini passivləşdirməsidir:

"Arxa beyin, düşünmə bacarıqlarımız nitq və ünsiyyət bacarıqlarımızla bağlıdır. Sosial media istifadəsi ilə bərabər beyin daha az aktivləşir və insanlar süni xoşbəxtlik almağa başlayır. Sosial medianın yalnız vaxt öldürmək məqsədilə istifadə edilməsi zamanla depresif halların yaranmasına səbəb ola bilər. Bu vəziyyət yaranarsa, insanlar bir araya gəldiklərində söhbət etmək əvəzinə sosial media ilə məşğul olurlar, bu isə depresiyaya səbəb olur".

Eltac Zülfüqaroğlu

Seçilən
34
avtosfer.az

1Mənbələr