AZ

Gəncəlilərə şad xəbər - ÖZƏL

Azərbaycan Premyer Liqasında çıxış edən Gəncənin "Kəpəz" klubuna sponsor tapıldı.

News24.az-ın əldə etdiyi məlumata görə, bu işdə futbol adamlarından biri Gəncə klubuna dəstək olub.

Yaxın günlərdə məşhur şirkət "Kəpəz"lə sponsorluq müqaviləsi imzalayacaq. 

Hələlik 1 illik bağlanılacaq müqavilə gələcəkdə artırıla bilər.

Qeyd edək ki, Bu gün Misli Premyer Liqasında XXI tura start verilib.

“Kəpəz” Tovuzda “Sabah”ı qəbul edib. Meydan sahibləri oyunda geri dönüş edərək "bayquşlar" üzərində 3:2 hesabı ilə inamlı qalibiyyət əldə ediblər.

Ağa Dadaşzadə

Seçilən
22
news24.az

1Mənbələr