AZ

SOCAR Aralıq dənizində ən böyük dəniz qaz ehtiyatlarından olan Tamar yatağında 10% effektiv səhm payı əldə edib

Bu gün SOCAR Aralıq dənizində ən böyük dəniz qaz ehtiyatlarından biri olan Tamar yatağında 10% effektiv səhm payının əldə edilməsi üçün Union Energy ilə müqavilə imzalayıb.

APA-nın məlumatına görə, İsrail sahillərində yerləşən Tamar yatağı regionun əsas təbii qaz tədarükçüsü olub, enerji təhlükəsizliyi və iqtisadi artımda mühüm rol oynayır.

Bu, SOCAR-ın Aralıq dənizindəki layihələrə ilk böyük investisiyasıdır.

SOCAR enerji portfelini genişləndirmək üçün bütün dünyada strateji aktivlər axtarmağa davam edəcəyini də vurğulayır.

Seçilən
42
5
apa.az

5Mənbələr