Bakı. Trend:
Vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsizsərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobusparkının yenilənməsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Bu barədə Trend-ə AYNA-danməlumat verilib.
Bildirilir ki, bu sahədə görülən işlərin davamı olaraq, 62 və217 nömrəli avtobus marşrutları üzrə müsabiqələr keçirilib vəhüquqi şəxs "BakuBus" MMC qalib gəlib:
"Artıq fevralın 1-dən Xətai rayonunun Nəsirəddin Tusi küçəsiniSabunçu Dəmiryol Stansiyası ilə əlaqələndirən 62 nömrəli marşrutüzrə 27 elektrikli avtobus və “Koroğlu” Nəqliyyat MübadiləMərkəzini Məmmədli qəsəbəsi ilə əlaqələndirən 217 nömrəli marşrutüzrə 13 ədəd CNG texnologiyalı avtobus sərnişinlərə xidmətgöstərəcək.
62 nömrəli marşrutda gediş haqqı 0.50 AZN, 217 nömrəli marşrutdaisə 0.55 AZN təşkil edir. Ödənişlər nağdsız qaydada həyatakeçiriləcək".
Qeyd edilir ki, marşrut xətləri müvafiq qanunvericiliyintələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydadamüsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsindəgöstərilən xidmət keyfiyyətinin və əlçatanlığın artırılması,təhlükəsizliyin və marşrutların təhkim edilməsində şəffaflığıntəmin olunmasıdır.