AZ

Aİ “müşahidəçi”lərinin mandatının uzadılması avrostrukturlarda Azərbaycan əleyhinə qərəzli davranışların məntiqi davamıdır – ŞƏRH

Bakı. Trend:

Avropa İttifaqının Ermənistandakı “müşahidəçi”lərinin bu ölkədəfəaliyyətinin müddətinin 2027-ci ilin fevralınadək uzadılmasıbarədə qərarla və bu fonda “müşahidəçi”lərin Azərbaycan-Ermənistansərhədlərində, xüsusən Zəngilan istiqamətində yenidən aktiv formada“müşahidə”lərə başlaması regiona yaxşı heç nə vəd etmir və CənubiQafqazda yeni təxribatlara hazırlığın göstəricisidir.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı BəhruzMəhərrəmov deyib.

Millət vəkili vurğulayıb ki, nə missiyanın səlahiyyət müddətininuzadılması, nə də missiyanın yenidən qəfil fəallaşması təsadüfhesab edilməməlidir, bu proses avrostrukturlarda Azərbaycanəleyhinə qəbul edilən qərəzli davranışların məntiqi davamıdır:

“Bölgəyə, hətta Ermənistanın özünə uzaq perspektivdə yaxşı heçnə vəd etməyən məlum qərarla müşahidəçilərin tərkibi və sayının 165xarici və 44 erməni olaraq dəyişməz qalması nəzərdə tutulsa da,aydındır ki, bu rəqəmlərin dəyişməməsi Qərbin Ermənistanda hərbimövcudiyyətini digər formalarda, məsələn ABŞ-Ermənistan müqaviləsiəsasında təmin edəcəyinə şübhə doğurmur.

Məlumdur ki, yanvarın əvvəllərindəki insidenti çıxmaqla, son birneçə ayda Azərbaycan-Ermənistan şərti sərhədlərində faktiki sülhhökm sürməkdədir və bu, iki ölkə arasında vasitəçisiz danışıqlardaəldə edilən müəyyən uğurların daha da möhkəmlənməsi və regiondadayanıqlı sülhə nail olunması üçün ciddi zəminin formalaşmasıdeməkdir. Regionda münaqişəyə öz imperialist maraqlarının təminiüsulu kimi baxan Qərb, ələlxüsus Fransa üçün isə bu, qəbuledilməzvəziyyətdir”.

Bəhruz Məhərrəmov bildirib ki, Cənubi Qafqazda beynəlxalqhüququn aliliyinin təmin olunmasında ehtiva olunan status-kvo bəlliqüvvələri qane etmir və onlar regionda yeni münaqişəli vəziyyətinformalaşmasında maraqlıdır.

“Xüsusən Ermənistanın baş naziri, ABŞ dövlət katibi və AvropaKomissiyasının Prezidenti arasında Ermənistan üçün təhlükəsizlikzəmanətinə dair ötən il paktın imzalanmasından sonra həmin dairələrBakı və İrəvan arasında davamlı sülh, sabitlik və təhlükəsizliyənail olmaq üçün unikal imkan yarandığı bir zamanda Cənubi Qafqazdayeni hərbi-siyasi toqquşma üçün zəmin hazırlamaqdadır. Təbii ki,biz prosesləri diqqətlə izləyirik və əminliklə deyə bilərik ki,ölkəmizin bölgədə əməliyyat şəraitinə tam şəkildə nəzarəti,Azərbaycanın siyasi və iqtisadi cəhətdən tam müstəqilliyi bizəproseslərin gedişinə uyğun olaraq adekvat qərar qəbul etməksuverenliyi tanıyır. Bu isə o deməkdir ki, regionda maraqlarınıqanuni, hüquqi əsaslarla təmin etmək istəyən istənilən beynəlxalqsubyektin regionda hesablaşacağı yeganə söz sahibi AzərbaycanRespublikasıdır”, - deyə deputat qeyd edib.

Milli Məclisin deputatı Vüqar İskəndərov isəTrend-əaçıqlamasında bildirib ki, Qərb Azərbaycana qarşı haqsızlıqlaralazımi reaksiyanı verməyib:

“Azərbaycan uzun illər Ermənistanın işğalçılıq siyasətinə məruzqalıb. Torpaqlarımız 30 ilə yaxın müddətdə Ermənistan tərəfindənişğal altında saxlanılıb. Lakin həmin müddət ərzində Qərb, xüsusilədə Avropa İttifaqı Ermənistana lazımi sərt reaksiyanı verməyib.Qərb, xüsusilə də Avropa İttifaqının heç olmasa 44 günlük Vətənmüharibəsindən sonra öz günahlarını yuyacağı düşünülürdü. Amma bizbunun əksini görürük. Qərbin müxtəlif institutları, ən əsası isə AİErmənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına maneolmaq üçun hər yola baş vururlar. Elə Avropa İttifaqının“müşahidəçi” missiyası ilə bağlı atılan addımlar da belə deməyəəsas verir”.

Vüqar İskəndərovun sözlərinə görə, Avropa İttifaqınınErmənistandakı “müşahidəçi”lərinin bu ölkədə fəaliyyət müddətinin2027-ci il fevralın 19-dək uzadılması sülh sazişinin imzalanmasınamane olmağa hesablanıb:

“Avropa İttifaqının Brüsseldəki səfirləri tərəfindən qəbuledilən qərar layihəsinə əsasən, müşahidəçilərin tərkibi və sayıdəyişməz qalacaq: 165 xarici və 44 erməni əməkdaş. Bu qərar Aİ-yəüzv ölkələrin xarici işlər nazirləri tərəfindən təsdiqlənməlidir.Heç şübhəsiz ki, təsdiqlənəcək də. Amma bu Cənubi Qafqaza sabitlikdeyil, sabitsizlik vəd edir”.

Seçilən
27
az.trend.az

1Mənbələr