AZ

Bakı nəqliyyatı getdikcə çətinləşir- vaxtında çarə tapılmasa...

Image

Tıxaclardan yayınmaq üçün eyni istiqamətlərdə bir neçə alternativ yol açılacaq

Artıq 20 ildir ki, Bakıda nəqliyyat və sərnişin axını problemlərinin aradan qaldırılması məqsədi ilə böyük maliyyə tutumlu layihələr həyata keçrilir. Lakin bu layihələr indiyə qədər fərdi qaydada planlaşdırılır və həyətə keçrilirdi. İndi isə hökumət planlı, proqmatik və kompleks şəkildə problemi həll etmək qərarına gəlib. 

Belə ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib.

Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirmək, orada nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu sənəddən irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Yeni dövlət proqramı Bakı şəhəri və ətraf qəsəbələrdə nəyi dəyişəcək?

Proqrama nəzər saldıqda aydın görünur ki, qarşıdakı beş il ərzində Abşeron yarmadasının yol infrastrukturunda çox ciddi dəyişikliklər baş verəcək. İlk növbədə Bakı şəhərinin mərkəzi ətrafında ikinci və üçüncü dairəvi yolun tikintisi tamamlanacaq. Bu tədricən ayrı-ayrı yol-nəqliyyat layihələrinin icrası nəticəsində baş verəcək. Digər tərəfdən isə tamamlanan hər üç dairəvi yol nəqliyyat keçidləri, körpülər, yol qovşaqları və ya tunellər vasitəsi ilə biri-birinə inteqrasiya ediləcək. Nəticədə eyni istiqamətdə bir neçə alternativ hərəkət imkanları yaranacaq. Yəni bir istiqamətdə hərəkət edən nəqliyyat vasitəsinin bir neçə alternativ yol seçmək imkanı olacaq ki, bu da tıxaclardan yayınmağa şərait yaradacaq. Üstəgəl, müasir naviqasiya proqramları vaditəsi ilə sürücülərin tıxaclı yollardan yan keçməsı üçün onlara dəstək veriləcək. Bununla da eyni istiqamətdə vektorlanan nəqliyyat axını bir neçə alternativ yollara bölünərək sıxlıq aradan qaldırılacaq. 

Digər tərəfdən, şəhər ətrafında yerləşən kənd və qəsəbələr quru və dəmir yolları vasitədi ilə bir-birinə və mərkəzə inteqrasiya ediləcək. Bu bizə imkan yaradacaq ki, şəhərin şərqindən qərbinə, şimalından cənubuna və ya əks istiqamətlərə hərəkət etmək lazım gələndə şəhərin mərkəzindən yan  keçməklə mənzil başına çataq. O isə öz növbəsində şəhərin mərkəzində nəqliyyat sıxlığının azalmasına töhfəsini verəcək.

Bununla yanaşı, şəhər ətrafı kənd və qəsəbələri bir-biri və şəhərin mərkəzi ilə əlaqələndirən yeni yollar çəkiləcək, mərkəz ətrafında bir neçə nəqliyyat mübadilə mərkəzləri (havlar) yaradılacaq ki, bu da sərnisinlərin rahat və operativ hərəkətini təmin edəcək.

Şəhərin mərkəzində ictimai nəqliyyatın papulyarlığını təmin etmək üçün avtobus zolaqlarının uzunluğunun artırılması və inkişaf etdirilməsi nəzərdə tutulub. Proqrapmın hədəflərindən biri ondan ibarətdir ki, mütəmadi xətt marşrutları ilə hərəkət edən avtobusların sürətini artırmaqla onların marşrutunun başlanğıc nöqtədən son dayanacağa çatma müddəti 20 dəqiqəyə endirilsin. Bu çox uğurlu bir hədəfdir. Əgər həyata keçrilən Dövlət Proqramı bu hədəfi vurmağa nail olsa, Bakı şəhərində nəqliyyat sıxlığı yarıbayarı azala bilər. Çünki şəhər əhalisinin çoxu şəxsi nəqliyyat vasitəsindən ona görə istifadə edir ki, mənzil başına tez çatsın. Əgər sərnişin mənzil başına ictimai nəqliyyatla daha tez çatacaqsa, o, əlbəttə, fərdi nəqliyyat vasitəsindən imtina edəcək və ictimai nəqliyyatı seçəcək. Bu da sıxlığın azalmasına öz töhfəsini verəcək. Üstəlik, bu seçimlə sərnişin xərckərinə da qənaət etmiş olacaq. 

Eyni zamanda, Proqram hədəfləyir ki, şəhərin mərkəzi hissəsində sərnişin və nəqliyyat sıxlığını aradan qaldırmaq üçün yaxın məsafələri qət etmək məqsədi ilə mikro-nəqliyyat vasitələrindən -  velosped və skuterlərdən istifadəni papulyarlaşdırsın. Bunun üçün şəhərin mərkəzində bu cür nəqliyyat dayanacaqlarının sıxlaşdırılması nəzərdə tutulur.

Hamıya bəllidir ki, Bakı şəhərinin mərkəzində sıxlıq yaradan məsələlərdən biri də parklanma problemidir. Dövlət Proqramında nəzərdə tutulur ki, şəhərin mərkəzi ərazilərndə şəraitə uyğun olaraq yeraltı və yerüstü "ağıllı" avtomobil dayanacaqları quraşdırılsı  və küçələrin kənarında avtomobillərin saxlanması qadağan edilsin. Avtomobil sürüculərinə yalnız sərnişin düşürmək və götürmək məqsədi ilə yol kənarında maşını qısa müddətə saxlanağa icazə veriləcək. Bu isə yollarda azad hərəkət zolaqlarının genişlənməsinə səbəb olacaq.

Dövlət Proqramının digər istəqaməti metro stansiyalarının sayının artırılmasıdır. Məlum olduğu kimi, hazırda Bakı Metropoliteninin 27 stansiyası işləyir, bir stansiya isə tikilməkdədir. Son vaxtlar istifadəyə vərilən "Xocasən" və "8 noyabr" stansiyaları hələlik o qədər də səmərəli işləmir. Bu stansiyalar xətt davam etdirildikdən sonra sərnişindasımada səmərəliliyini artıracaq. Proqrama əsasən qarşıdakı 15 il ərzində 10 metro stansiyası tikilib istifadəyə vərilərək, metro xəttinin uzunluğu 40,7 km-dan 81 km-ya qədər uzadılacaq.  Bu da şəhərdə sərnişin axınının daha səmərəli və operativ təşkil edilməsinə öz töhfəsini verəcək. Metro stansiyalarının sayının 27-dən 37-yə çatdırılması həm də Bakı Metropolitenini rentabelli işləməyə yaxınlaşdıtır. Belə ki, dünya təcrübəsində təsdiqlənib ki, metropolitenlər yalnız standiyalarının sayı 50-ni keçdikdən sonra rentabelli - yəni mənfəətlə çalışa bilir. Bu baxımdan Bakı Metropoliteninin mənfəətə çıxması üçün hələ dövlət büdcəsi hesabına 23 stansiya tikilməlidir.

Fikrimizcə, Bakı şəhərinin mərkəzi küçələrinin genişləndirilməsi və bu genişləndirmədən sonra "metrobus" layihəsinin reallaşdırılması sözügedən istiqamətdə atılan daha səmərəli addım olardı. Bundan əlavə, Bakı şəhərində ictimai nəqliyyatın ödənişsiz əsaslarla həyata keçrilməsi layihəsi heç olmasa pilot layihə şəklində reallaşdırıla bilər.

Akif NƏSİRLİ





Seçilən
12
baki-xeber.com

1Mənbələr