AZ

Vasili Berezutski: "Rəqib heç bir hücum etmədən 3 qol vurdu"

Misli Premyer Liqasının XXI turunun “Kəpəz” – “Sabah” matçından (3:2) sonra qonaqların baş məşqçisi Vasili Berezutskinin mətbuat konfransı keçirilib.

“Bu cür səhvlər edəcəyiksə, əlbəttə ki, qalib gəlmək çox çətin olacaq. Belə halları şərh etmək çətindir. Rəqib heç bir hücum etmədən 3 qol vurdu. Çox üzücüdür. Amma bu, futboldur”.

- Rəqib pressinq tətbiq etməklə "Sabah"ı səhvlərə məcbur edirdi. Düşünmürsüz ki, həmin istək sizin komandada yox idi?

- Biz istəkdə rəqibə uduzmadıq. Azlıqda qaldanda belə təzyiq edirdik, qol vəziyyətləri yaradırdıq.

- Qış fasiləsindən sonra 3 oyunda 2 xal toplamısız. Qarşıda daha çətin rəqiblərlə matçlar var. Bu gedişlə "Sabah" hansı komandaları üstələyə biləcək?

- Razıyam ki, özümüzə çətinliklər yaratdıq. Əlimizdən gələni edəcəyik ki, qarşıdakı matçlarda hər rəqibə qalib gələk.

- Yeni qapıçı Stas Pokatilov növbəti matçda meydanda olmağa hazırdır?

- O, yaxşı hazırlaşır. Amma biz bu barədə qapıçılar üzrə məşqçilərlə danışacağıq. Kim daha hazırdırsa, ona şans verəcəyik.

- "Sabah"ın bu qədər xal itkilərinin əsas səbəbi nədir?

- "Neftçi" ilə oyun heç-heçəlik idi. "Sumqayıt"la görüşdə çoxlu qol fürsətlərini dəyərləndirə bilmədik. Bu gün isə edə biləcəyimiz bütün səhvləri etdik və qapımızda 3 qol gördük.

- Çempionatdakı xal itkilərindən sonra avrokuboklara vəsiqə üçün əsas diqqəti kuboka yönəldəcəksiz?

- Bəli. Kubok bizim üçün prioritetdir. Kuboku qazanmaq üçün hər şey edəcəyik. Amma çempionat oyunlarını da unutmayacağıq.

Lebonun ardından o da "Araz-Naxçıvan"a gəlmədi - Yüksək maaş problemi

AFFA-nın iclası fevrala qaldı: Vacib qərarların alınma vaxtı bəlli oldu

"Sumqayıt"da 2 ayrılıq birdən

Birinci Liqa: "Qaradağ Lökbatan" və "Zaqatala"dan qələbə - YENİLƏNİB

Qurban Qurbanov gedir? - “Qarabağ”da son vəziyyət

Seçilən
41
6
apasport.az

10Mənbələr