Çinin Zejiang əyalətinin Hanqzhou şəhərindən olan qadınyüksək təzyiq və narahatlıq səbəbindən həkimə getdikdə, aldığı xəbər onu şoka salıb.
“Medicina” xəbər verir ki, Qonq adlı 36 yaşlı qadın hamilə olduğunu eşidəndə inanmayıb.
O, özünü sonsuz hesab edirdi, illər öncə həkimlər ona bu diaqnozu qoymuşdular.
Hətta qadının menstruasiyası belə dayanmışdı, artıq çəki alan qadın qarnının niyə böyüdüyündən şübhələnməyib.
Xəstənin təzyiqi həqiqətən də çox yüksək olduğundan həkimlər gecikmədən qadına keysəriyyə əməliyyatı etmək qərarına gəliblər.
Beləliklə, cəmi3 saat ərzində qadın oğul anası olub. Onun hətta 3 gün sonra südü də gəlib.
Aygün Musayeva