"Lion"un yeni baş məşqçisi müəyyən olunub.
Offsideplus.az xəbər verir ki, yeni baş məşqçi Paulu Fonseka olacaq. Portuqaliyalı mütəxəssis bu vəzifədə Pyer Sajı əvəzləyib. Onunla 2027-ci ilin iyununa qədər müqavilə imzalanıb.
Əvvəllər "Porto", "Şaxtyor", "Roma", Fransada "Lill" kimi klubları çalışdırıb.
Qeyd edək ki, "Lion" Liqa 1-də 30 xalla 6-cı pillədə qərarlaşıb. Həmçinin, komanda Avropa Liqasında 15 xalla 6-cı olub və birbaşa 1/8 finala vəsiqə qazanıb.