AZ

Azərbaycanda tütün istehsalı artıb

Bakı. Trend:

Ötən il Azərbaycanda 4 264,9 ton tütün istehsal edilib.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 1952,1 ton və ya 84,4% çoxdur.

Bu ilin yanvarın 1-nə hazır məhsul ehtiyatı isə 768,2 ton təşkiledib.

Eyni zamanda hesabat dövründə ölkədə 16,1 milyard ədəd siqaretvə siqarlar istehsal olunub ki, bu da 2023-cü ildəki göstəriciyənisbətən 65,4 milyon ədəd və ya 0,4% artım deməkdir.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda pərakəndə ticarətşəbəkəsindən əhaliyə 62202,9 milyon manatlıq məhsul satılıb, xidmətsubyektləri tərəfindən 12885,5 milyon manatlıq ödənişli xidmətgöstərilib. 2023-cü illə müqayisədə əmtəə dövriyyəsi 3,9%, əhaliyəgöstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 8,6% artıb,ticarət şəbəkəsində 34134,6 milyon manatlıq ərzaq məhsulları,içkilər və tütün məmulatları, 28068,3 milyon manatlıq qeyri-ərzaqmalları satılıb.

Bundan başqa, 2024-cü ilin dekabr ayında qida məhsulları,içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksinoyabr ayı ilə müqayisədə 102,0%, 2024-cü ildə əvvəlki illəmüqayisədə isə 101,3% təşkil edib.

Seçilən
20
1
az.trend.az

2Mənbələr