AZ

İsveç Rusiyaya görə Olimpiadaları boykot etməsi ilə bağlı suala cavab verdi

Avstraliyanın ən böyük kibertəhlükəsizlik şirkəti CyberCX kritik təşkilatları DeepSeek-in Çin süni intellekt (AI) məhsullarından istifadəni dayandırmağa çağırıb.

 

Oxu24.com xəbər verir ki,müvafiq bəyanat təşkilatın saytında dərc olunub.

 

CyberCX kritik infrastruktura malik təşkilatlara, dövlət idarə və agentliklərinə, kommersiya və ya şəxsi məlumatları saxlayan və ya emal edənlərə “korporativ cihazlarda DeepSeek proqramlarına girişi məhdudlaşdırmağı ciddi şəkildə nəzərdən keçirməyi” tövsiyə etdi.

 

CyberCX hesab edir ki, DeepSeek tərəfindən hazırlanmış süni intellekt texnologiyaları, eləcə də müvafiq tətbiqlər Çin hökumətinin nəzarəti altındadır. Şirkət hesab edir ki, axtarış nəticələri qərəzlidir və Çin Kommunist Partiyasının strateji məqsəd və ideyalarına uyğundur.

 

Bundan əvvəl Amerikanın “Axios” portalı ABŞ Konqresinin əməkdaşlarına son vaxtlar populyarlıq qazanan “DeepSeek” chatbotundan istifadənin qadağan edildiyi barədə məlumat vermişdi. Yanvarın 30-da İtaliya Məlumatların Mühafizəsi İdarəsi italyan istifadəçilərinin məlumatlarını qorumaq zərurətini əsas gətirərək DeepSeek-i blokladı.

 

Daha əvvəl Durov DeepSeek-in uğurunu izah etmişdi.

 

Miri

 

Seçilən
15
oxu24.com

1Mənbələr