Son illərin statistikasına görə hazırda dünya əhalisinin 29 faizi siqaretdən istifadə edir. Siqaretdən istifadəyə görə, kişilər qadınlara nisbətdə çoxluq təşkil edir. "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun 29 dekabr 2017- ci ildən qüvvəyə minib. Bu qanunun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fərman imzalayıb.
Bəs Azərbaycanda bu qanuna görə tütün məmulatlarından hansı yerlərdə istifadə etmək olmaz? Qadağan olunmuş yerlərdə tütün məmulatlarından istifadəyə görə qanunvericilikdə hansı məsuliyyət nəzərdə tutulub? Ümumiyyətlə hazırda bu qanun necə icra olunur?
Mövzu ilə bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan Qasım Şaliyev Referans.az" target="_blank">Referans.az-a açıqlamasında bildirib ki, ilk növbədə bu tütün məmulatlarının məhdudlaşdırılması haqqında qanundan irəli gələn məsələlərdir. Birinci bu suala cavab vermək lazımdır ki, tütün məmulatı nədir? Tütün məmulatı tütün yarpağından hazırlanmış, tərkibində nikotin və hətta konsragen maddələr olan məhsuldur. Buraya siqaret, popirus və bu kimi digər məhsullar. Hətta bütün növ qəlyanlar da tütün məmulatlarına bərabər tutulur. Burada daha vacib bir məqam var. Tütün məmulatlarından istifadə sadəcə insan həyatına deyil bütün ətraf mühit üçün zərərlidir. Bəzən ailələrdə kişilərin tütündən aşırı istifadəsi mübahisələrə səbəb olur.
Vəkil onu da vurğulayıb ki, tütün məmulatlarının məhdudlaşırılmasında dövlətin əsas məqsədi əhalinin, ekologiyanın və ən əsası da uşaqların sağlamlığını qorumaqdır. Qanunda tütündən istifadənin qadağan olduğu yerlərlə bağlı geniş bir siyahı var. Xüsusilə təhsil, tibb, müxtəlif ictimai, ticarət obyektlərində, ictimai nəqliyyatda, hava nəqliyyatında və digər bu kimi ərazilərdə tütündən istifadə qadağandır. Bir çox hallarda insanlar liftlərdə siqaret çəkilməsindən narazılıq edirlər. Sözsüz ki, vacib olan məsələ tütündən istifadə üçün xüsusi tənzimlənmə olmalıdır.
Qasım Şaliyev onu da bildirib ki, tütündən qadağan olunmuş ərazilərdə istifadə edən şəxslər 30 manat civarında cərimə edilirlər. İaşə obyektlərində və iş yerlərində siqaretdən istifadə üçün nəzərdə tutulan yerlərdə havalandırma düzgün təşkil edilməlidir. Bu qaydalar pozulduğu halda vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər isə 1000 manat məbləğində cərimə edilir. Bundan başqa tütün tullantılarının yerə atılmasında görə qanunvericilikdə 300 manata qədər cərimə cəzası var. Bu bir daha təkrar törədilərsə 700 manat cərimə hətta şəxs ictimai işlərə məcbur edilə bilər. Bəzi hallarda restoran və ya digər ictimai iaşə obyektlərinin sahibləri tütündən istifadə üçün məkanda xüsusi yer təşkil etmədiyi üçün də cərimələnirlər. Burada vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər isə 1200 manat cərimə oluna bilərlər.
"Mən də müxtəlif vaxtlarda dostlardan eşidirəm ki, onlar qadağan olunan yerlərdə siqaret çəkdikləri üçün cərimələniblər. Bu da onu göstərir ki, inzbati xətalar məcəlləsinə uyğun olaraq qanunun tələblərinin pozuntusuna görə normalar səlahiyyətli orqanlar tərəfindən icra olunur. Nəticədə də müvafiq tədbirlər görülür", - deyə vəkil əlavə edib.
Bünyamin Bünyadzadə
Referans.az" target="_blank">Referans.az