Aprel - rahat istirahət üçün ən yaxşı aylardan biri hesab olunur. Bu dövrdə həm izdiham az olur, həm də hava kifayət qədər istidir.
Valyuta.az xəbər verir ki, turizm mütəxəssisləri apreli məşhur səyahət istiqamətlərinə baş çəkmək üçün ideal vaxt hesab edirlər. Bu ay mövsümlərarası dövrə aid edilsə də, hava artıq kifayət qədər ilıq və rahat olur. Beləliklə, turistlər həm izdihamdan uzaq gözəl məkanların dadını çıxara, həm də sərfəli qiymətlərdən yararlana bilərlər.
"Time Out" turizm və əyləncə jurnalı Avropada və dünyanın digər bölgələrində apreldə kifayət qədər isti (bəzən isə olduqca qızmar) olan ən yaxşı məkanları müəyyənləşdirib.
Apreldə Avropada harada isti olur?
1. Kipr - 21°C
2. Kanar adaları - 20°C
3. Cənubi İspaniya - 18°C
4. Rodos, Yunanıstan - 17°C
Apreldə dünyada harada isti olur?
1. Tayland - 33°C
2. Kosta-Rika - 30°C
3. Meksika - 27°C
4. Havay adaları, ABŞ - 24°C
5. Cənubi Afrika - 22°C
6. Mərakeş - 20°C
Paşa Məmmədli