“Məktəblərdə təhsil alan şagirdlər daha çox ali məktəblərə qəbul imtahanlarına hazırlaşdığı üçün əlavə oxu materiallarından istifadə etmirlər, mütaliələri zəif olur”.
Bu sözləri Hit.az-a təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, oxu günləri adı altında keçirilən yarışda da ədəbiyyat sahəsi ilə bağlı daha geniş məlumatları əldə etmək üçün şagirdlərə yaradılan bu imkandan maksimum dərəcədə istifadə etmək lazımdır:
“Ədəbiyyat birbaşa özünüifadəetmə bacarığının formalaşmasına xidmət edən bir fəndir. Yəni, şagirdlərin hansısa bədii əsərlər vasitəsi, mütaliə imkanları ilə özünüifadə vərdişinin formalaşmasını da təmin etmək mümkündür. Şagirdlərin bədii ədəbiyyata olan marağı aşağı səviyyədədir”.
Sevinc