AZ

Kolumbiya lideri həmvətənlərini ABŞ-ni tərk etməyə çağırdı

Bakı.Trend:

ABŞ-də qanunsuz mühacir həyatı yaşayan kolumbiyalılar dərhalişdən çıxıb, Kolumbiya ərazisinə qayıtmalıdırlar.

Trend xariciKİV-lərə istinadən xəbər verir ki, bu barədə ölkənin prezidentiQustavo Petro “X” sosial şəbəkəsində paylaşım edib.

“Var-dövləti yalnız zəhmətkeş insanlar yaradır. Sosial RifahDepartamenti qeydiyyatdan keçəcək repatriantları məhsuldarkreditlərlə təmin etməyə can atacaq. Gəlin Kolumbiyada sosialzənginlik yaradaq”,- dövlət başçısı bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Ağ Evə gələndənBirləşmiş Ştatlarda qanunsuz miqrantlara qarşı sərt siyasətyürüdülür. Tramp administrasiyası qanunsuz miqrantların ölkəərazisinə daxil olmasını dayandıracağını bildirib. Onun hüquqmühafizə orqanlarının bəzi səlahiyyətlərini artırmasından sonramiqrantlar artıq məhkəmə qərarı olmadan da saxlanıla, deportasiyaoluna bilir.

Məqalədə:
Seçilən
26
az.trend.az

1Mənbələr