AZ

Ceyhun Bayramov Birol Akgünlə ikitərəfli və regional məsələləri müzakirə edib

Bakı. Trend:

31 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının ölkəmizdəkiyeni təyin olunmuş səfiri Birol Akgünü qəbul edib.

XİN-dən Trend-ə verilənxəbərə görəç görüş zamanı, Türkiyə Respublikasıının AzərbaycanRespublikasındakı yeni təyin olunmuş səfiri Birol Akgünetimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Bildirilir ki, nazir qardaş Türkiyənin yeni təyin olunmuşsəfirini təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzuedib.

Görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələnmövzular, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlərimüzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan və Türkiyə dövlətləri vəxalqları arasında mövcud tarixi, ənənəvi qardaşlıq və dostluğunmüttəfiqliyimizin, o cümlədən regional və beynəlxalq müstəvidəbirgə səylərimizin gücləndirilməsində müstəsna əhəmiyyətininolduğunu diqqətə çatdırıb.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasındamüttəfiqlik münasibətlərini təsbit edən tarixi Şuşa Bəyannaməsininmövcud qardaşlıq və dostluq əlaqələrimizin təcəssümü olduğubildirilib. Liderlərimizin təlimatı ilə çoxölçülü müttəfiqlikmünasibətlərimizin siyasi, təhlükəsizlik, iqtisadi, ticarət,enerji, nəqliyyat, kommunikasiyalar, mədəni-humanitar və s.aspektləri üzrə əməkdaşlığın daha da gücləndirilməsi istiqamətindəfəaliyyətin bundan sonra da davam etdirilməsinin vacibliyivurğulanıb.

Azərbaycan və Türkiyənin bütün beynəlxalq təşkilatlarda,xüsusilə də birgə ailəmiz hesab olunan Türk Dövlətləri Təşkilatındabirgə səylərimizin təqdirəlayiq olduğu, bu il Azərbaycandakeçiriləcək sammitin təşkilatın daha da gücləndirilməsinə xidmətedəcəyinə əminlik qeyd edilib.

Yaxın Şərqdə və Əfqanıstanda sabitliyin təmin edilməsi, Suriyadabirgə təşəbbüslərin irəlilədilməsi istiqamətində səylərinəhəmiyyətli olduğu bildirilib.

Türkiyənin yeni təyin olunmuş səfiri Birol Akgün səmimi qəbulavə təbriklərə görə təşəkkür edib, Türkiyənin Azərbaycanda səfiriqismində fəaliyyəti zamanı mövcud müttəfiqlik münasibətlərinin dahada möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinidiqqətə çatdırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli vəregional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Seçilən
5
49
az.trend.az

10Mənbələr