AZ

Suriyadakı son durumdan danışdılar

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə regional proseslər və Suriya məsələsi müzakirə edilib.

Telefon danışığında hər iki ölkənin Suriyanın siyasi birliyinə verdiyi dəstək vurğulanıb.

Tərəflər, Suriyada siyasi keçid prosesinin hərtərəfli və inklüziv olmasının vacibliyini qeyd ediblər.

Seçilən
41
4
qafqazinfo.az

6Mənbələr