Bakı. Trend:
Azərbaycanda uşaqların sağlamlığının qorunması, normal fizikiinkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələdə aşkaredilməsi məqsədilə kompleks profilaktika, diaqnostika vəmüalicə-sağlamlaşdırıcı tədbirlər davam etdirilir.
Trend-in əldəetdiyi məlumata görə, bu tədbirlər çərçivəsində ölkəyə yeni tibbitəyinatlı avadanlıq və ləvazimatlar gətiriləcək.
Belə ki, tibbi avadanlıqlar uşaqların icbari dispanserizasiyadankeçirilməsinə dair tədbirlərlə bağlı xərclər çərçivəsində ölkəyəçatdırılacaq.
Artıq bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin(TƏBİB) tabeliyində “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqişəxs hazırlıqları yekunlaşdırıb.
Qurum sözügedən işlərin icrasını “VITTA elmi-texniki” MəhdudMəsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqaviləbağlayıb.
Müqaviləyə əsasən, şirkətə 2 milyon manat ödənilib.
Qeyd olunan tibbi təyinatlı avadanlıq və ləvazimatlarınsiyahısını təqdim edirik:
Qeyd edək ki, tibbi təyinatlı avadanlıqvə ləvazimatların alınmasının həvalə olunduğu şirkət 2008-ci ildədövlət qeydiyyatından keçib. Nizamnamə kapitalı 1000 ABŞ dollarıolan MMC-nin qanuni təmsilçisi Quliyev Kamil Bəşir oğludur.