AZ

"Roma"nın ulduz oyunçusu klubdan ayrılır


İtaliya A Seriyası təmsilçilərindən "Roma"nın oyunçusu Nikola Zalevski komandası ilə yollarını ayıra bilər.

Bakupost.az xarici mənbələrə istinadla xəbər verir ki, digər Seria A təmsilçisi "İnter" futbolçunu heyətinə qatmaq istəyir.

"İnter" klubu 23 yaşlı futbolçunu icarəyə götürməyi nəzərdə tutur.
Xatırladaq ki, Nikola Zalevski mövsüm ərzində oynadığı 17 rəsmi qarşılaşmada 2 assistlə yadda qalıb.


Seçilən
39
bakupost.az

1Mənbələr