Ötən il sentyabrın 27-də İsrailin Beyruta hücumu nəticəsində vəfat edən Livanın şiə təşkilatı Hizbullahın baş katibi Həsən Nəsrullah fevralın 23-də dəfn ediləcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Livandakı şiə icma mənbələrinə əsaslanaraq “Əl Cedid” telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, Nəsrullahın və onun ən yaxın dostu, Hizbullahın İcraiyyə Şurasının sədri Haşim Safi əd-Dinin (oktyabrın 3-də Beyrutun cənub ətrafını İsrailin atəşə tutması nəticəsində həlak olub) dəfn mərasimi ilə bağlı rəsmi açıqlama növbəti 48 gün ərzində veriləcək.