Bu gün Misli Premyer Liqasının 21-ci turunda “Neftçi” “Şamaxı” ilə qarşılaşdı. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra Şamaxı təmsilçisinin baş məşqçisi mətbuat konfransına qatıldı. O, bunları dedi: 

“Bura qələbə üçün gəlmişdik. Əfsuslar olsun ki, penalti təyin edildi qapımıza. Futbolçularıma güvənirəm. Əllərindən gələni etdilər. Təşəkkür edirəm hamısına”.